Tbilisidə Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Qələbəsinin
ildönümünə həsr olunmuş “Zəfər kuboku” mini futbol turniri
keçiriləcək.
Turnirə sabah Azərbaycan və Türkiyənin Gürcüstandakı
səfirliklərinin həvəskar komandalarının oyunu ilə start
veriləcək.
Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) təşkil
etdiyi yarışa bu ölkədə fəaliyyət göstərən Azərbaycan və Türkiyə
şirkətlərinin komandaları da qatılacaqlar. Oyunlar azərkeşlərin
iştirakı ilə keçiriləcək.
Turnirin qalibi noyabrın 8-də məlum olacaq. Qalib komandaya “Zəfər
kuboku”, finala yüksələn hər iki komandaya isə medal və
sertifikatlar təqdim ediləcək.