Azərbaycan Səfirliyi Gürcüstanda fəaliyyət göstərən icma mərkəzlərinə bədii kitablar hədiyyə edib
21:12 / 22.10.2021
Bu gün, 22 oktyabr tarixində Azərbaycan Respublikasının
Gürcüstandakı səfirliyi tərəfindən Gürcüstanda fəaliyyət göstərən 8
icma mərkəzinə, o cümlədən Gürcüstan Azərbaycanlılarının
İnteqrasiya Mərkəzinə Azərbaycan dilində bədii kitablar hədiyyə
edilib.
Kitabların təqdimatı Marneulidə, “Ata Holding” idman kompleksində
baş tutdu. Təqdimat mərasimində Azərbaycan Respublikasının
Gürcüstandakı səfirliyinin birinci katibi Anar Rəsulov, icma
mərkəzlərinin təsisçiləri və fəal gənclər iştirak edirdilər.
Kitabların təqdimat mərasimində iştirak edən Azərbaycan
Respublikasının Gürcüstandakı səfirliyiinin birinci katibi Anar
Rəsulov bildirdi ki, səfirliyin dəstəyi ilə icma mərkəzlərinə 1 430
kitab təqdim olunub və bundan sonra da bu cür dəstək göstərməyə
davam edəcəklər.
Yeni Düşüncə İnstitutunun həmtəsisçisi Kamran Əfəndiyev “Marneuli”
radiosu ilə söhbəti zamanı bildirdi ki, kənd məktəblərində
azərbaycan dilində bədii kitablar yetərsizdir. Onun sözlərinə görə,
səfirliyin təqdim etdiyi kitablardan bir çox gənclər
yararlanacaq.
İcma mərkəzlərinin rəhbərləri təqdim olunan kitablara görə
səfirliyə öz təşəkkürlərini bildirdilər. Mərkəz rəhbərləri
bildirilər ki, onların həyata keçirdiyi “Oxu Klubu” layihəsi
çərçivəsində, gənclər səfirliyin hədiyyə etdiyi kitablardan
istifadə edə biləcəklər.