“Bu qədər tank haradan gəlib?” - Əliyev erməni hərbi texnikası haqqında danışıb
Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ müharibəsinin ildönümü ilə əlaqədar vətəndaşlara geniş müraciətində Azərbaycanın müharibədə qazandığı uğurlardan, Azərbaycanın Ermənistanda məhv etdiyi hərbi texnikadan danışıb.

“İndi isə əziz xalqıma bəzi məlumatlar vermək istəyirəm. Sentyabrın 27-dən başlayaraq bu günə qədər Ermənistanın məhv edilmiş və hərbi qənimət götürülmüş texnikasının bir hissəsinin siyahısını təqdim edirəm. Deməli, tank – 252 tank məhv edilib, 53 tank qənimət kimi götürülüb. Toplam 305 tankdan Ermənistan məhrum edilib. Amma hələ tankları var. Görün nə qədər tank olub onlarda”.

Eyni zamanda Əliyev Azərbaycan tərəfinin düşməni məhv etdiyi hərbi texnikanın qalan hissəsinin də geniş siyahısını tərtib edib.

“İndi bir daha sual verirəm. Hər dəfə bu sualı verirəm və verəcəyəm. Cavab gələnə qədər verəcəyəm. Haradandır bu pul, haradan? Müşahidəçilər, vasitəçilər, politoloqlar, ermənipərəstlər desinlər ki, haradan gəlir? Bizim pulumuz var, hər şey şəffaf. Nə qədər pulumuz var Azərbaycan xalqı bilir, dünya bilir, hər kəs bilir. Öz pulumuzla alırıq. Heç kimdən də asılı deyilik. Bu, borc içində olan, müflisləşən ölkə haradan alıbdır? Ermənistanın xarici dövlət borcu təxminən 8 milyard dollardır. Valyuta ehtiyatları isə 1,5 milyard dollardır. Özü də bu, sərbəst vəsait deyil, bu, bank rezervləridir. Onlardan istifadə edə bilməz. Əgər istifadə etsə, onların dırnaqarası valyutası da kəllə-mayallaq gedəcəkdir. Kim verib sənə bu qədər silahı? Niyə soruşan yoxdur? Bu bir ay ərzində, demək olar ki, mən hər gün müsahibə verirəm”, - Əliyev deyib.

Əliyev həmçinin, "CNN"-ə verdiyi məlumatda bildirib ki, o, Rusiyanın Ermənistanı silahlandırmasını dayandıracağını və Qarabağla bağlı üçtərəfli bəyanatın bütün bəndlərini yerinə yetirəcəyini gözləyir, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə belə cavab verib: “Rusiyanın digər ölkələrə [Rusiya] silah tədarükü suveren hüquqdur. Bu baxımdan bizim həm Ermənistan, həm də Azərbaycanla müvafiq əməkdaşlığımız var. Eyni zamanda, biz regionda qüvvələr balansına ehtiyac olduğunu hesab edirik”.

Eyni zamanda, son illər Rusiya Azərbaycana 4 milyard dollarlıq silah satıb.

Nəticə etibarı ilə Rusiyanın Ermənistan və Azərbaycana silah satışı hələ 2020-ci il Qarabağ müharibəsindən əvvəl də tərəflər üçün həssas məsələ idi.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google