Marneuli bazarında baş vermiş yanğının səbəbləri və ziyanın miqdarı hələ məlum deyil
Marneuli bazarında baş vermiş yanğının səbəbləri və ziyanın miqdarı hələ məlum deyil.

Bazarın direktoru Saba Naverianinin sözlərinə görə, “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, ekspertlərin cavabı təxminən iki həftəyə bilinəcək. Naveriani qeyd etdi ki, zərərçəkənlər sığorta olunub və sığorta şirkəti zərəri hesabladıqdan sonra ödəyəcək.

"İndiki mərhələdə ziyanın miqdarı hələ məlum deyil. Çünki ekspertizanın cavabı təxminən iki həftəyə bilinəcək, yanğının səbəbini də öyrənəcəyik. Zərərçəkənlər sığorta olunublar. Mən bildiyimə görə, sığorta şirkəti fakturalara əsasən zərəri hesablayacaq və buna əsasən, ödəyəcəklər. Ancaq 100% ödəmə olmayacaq. Hazırda mağaza sahibləri mağazaları təmir etməyə çalışırlar. Biz də kömək edirik. Çox pis hadisə baş verdi və təbii ki, biz də buna təəssüf edirik",
– Naveriani bildirdi.

Marneuli bazarında yanğın 20 oktyabr tarixində, axşam saatlarında baş verib. Hadisə nəticəsində 9 mağaza yanıb. Onlardan 7-si qab-qacaq, 2-si isə paltar mağazasıdır. Daxili İşlər Nazirliyindən “Marneuli” radiosuna bildirdilər ki, baş vermiş faktla əlaqədar Cinayət Məcəlləsinin 187-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə əşyaya ziyan vurma və ya məhv etməni nəzərdə tutur.

Print ელ. ფოსტა
FaceBook Twitter Google