Ətraf Mühit Milli Agentliyinin məlumatına görə, Gürcüstanın
qərbində noyabrın 1-dək isti və yağmursuz hava şəraiti davam
edəcək.
Havanın temperaturu +17, +22 dərəcə təşkil edəcək.
"Oktyabrın 27 və 30-da Şərqi Gürcüstanın bəzi
yerlərində az yağış yağacaq, duman olacaq. Havanın temperaturu +9,
+14 dərəcə təşkil edəcək. Digər günlərdə yağış gözlənilmir, havanın
temperaturu +12, +17 dərəcəyədək yüksələcək.
Noyabrın 1-dən ölkənin əksər rayonlarında isti və əsasən yağmursuz
hava şəraiti gözlənilir", - deyə Ətraf Mühitin
Mühafizəsi üzrə Milli Agentlikdən bildiriblər.
Oktyabrın 27 və 30-da Tbilisidə az yağış yağacağı, duman olacağı
gözlənilir. Havanın temperaturu +10, +12 dərəcə təşkil edəcək,
digər günlərdə yağış gözlənilmir, havanın temperaturu +14, +16
dərəcəyədək yüksələcək. Noyabrın 1-dən hava 4-5 dərəcə
istiləşəcək.