Koronavirusa görə Marneulidə 60 sinif və 5 məktəb distant rejimdə təhsil alır
Marneuli bələdiyyəsi miqyasında, 27 oktyabr tarixinə olan statistikaya əsasən, koronavirusa görə, 60 sinif distant rejimdə təhsil alır. 5 təhsil müəssisəsi tamamilə bağlanıb. Marneuli Təhsil Resurs Mərkəzinin nümayəndəsi İrma Davadze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, təhsil prosesi ilə bağlı qərarı Marneuli Xəstəliklərə Nəzarət Mərkəzi verir. Məktəblərə tövsiyə verilir, onlayn rejimə keçdikdən 12 gün sonra şagirdlər təhsili sinif otaqlarında davam etdirməlidirlər.

“Əsasən, dağ məktəblərində distant rejimə keçiblər. Bu günə olan göstəricilərlə ümumilikdə, 5 ictimai məktəb tam distant rejimə keçib. Bunlar Ağkörpü, Qaçağan 1 və 2 saylı, Çanaxçı, Lejbəddin, Kürtlər məktəbləridir. 8 məktəbdə distant rejimə keçmiş bəzi siniflər də var. Ümumilikdə, 60 sinifdir. 5 saylı məktəbdə bir sinif distant rejimə keçib. 6 saylı məktəbdə isə 32 sinif onlayn təhsil alır. Tsereteli kənd ictimai məktəbində bir, Təzəkənddə iki, Xocornidə bir və Marneuli 2 saylı ictimai məktəbində isə bir sinif distant rejimə keçib”, – İrma Davadze bildirdi.

Marneuli bələdiyyəsi miqyasındakı 74 məktəbdə 4 oktyabr tarixində, tədris ili sinif otaqlarında başladı. Yeni tənzimləmələrə görə, məktəbdə hamı maska taxmalıdır.

Elm və Təhsil Nazirliyi valideynlərə şərait yaradır ki, distant təhsil rejimini seçsinlər, risk qrupda olan müəllimlər isə istədikləri halda dərsləri distant şəkildə keçə bilərlər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია