“Gürcü Arzusu”-nun askiyasında jurnalistlərlə qarşıdurma baş verib
“Formula” teleşirkətinin və “TV Pirveli”-nin məlumatına görə, Azadlıq Meydanında “Gürcü Arzusu”nun keçirdiyi aksiyanın iştirakçıları jurnalistləri təhqir edərək döyüblər.

Teleşirkətin məlumatına görə, “Formula”-nın jurnalisti Rati Tsveravanı təhqir ediblər. O, 5 iyulda homofobiya aksiyası zamanı xəsarət alıb:

“Gürcü Arzusunun aksiyasına getmiş vətəndaşlar Formulanın jurnalisti Rati Tsveravanı təhqir edərək döyüblər. Aksiya iştirakçıları aqressivdirlər və digər media nümayəndələrinə, operatorlara qarşı da aqressiv yanaşırlar”, — Formula kanalından bildiriblər.

“Pirveli” kanalının məlumatına görə isə aksiya iştirakçısı onların jurnalistinin mikrofonuna siqaret basıb. Kanaldan DİN-ə müraciət etməyi planlaşdırır.


“Netgazeti” baş vermiş hadisə ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamağa çalışır. Qurumdan cavab alan kimi məqalə yenilənəcək.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია