Saxta arayşılarla 1,5 milyon lari kredit götürən 6 nəfər məsuliyyətə cəlb edilib
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri və istintaq hərəkətləri nəticəsində altı nəfəri saxta rəsmi sənədlərin hazırlanması və satması faktında ittiham edib ki, bunlardan da üç nəfər həbs edilib.

İstintaq Xidmətindən bm.ge-yə verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər 2019-2021-ci illərdə qanunsuz maddi sərvət əldə etmək məqsədilə idarə etdikləri şirkətlərin adından saxta əmək haqqı arayışları hazırlayaraq, habelə müxtəlif mikromaliyyə təşkilatlarının saxta sənədləri hazırlayaraq Gürcüstanın müxtəlif bank qurumlarından 58 vətəndaşın adına qeyri-qanuni yollarla kredit götürüblər. Ümumi məbləğinin milyon yarım laridən çox olduğu iddia edilir.

“Aparılmış istintaq hərəkətləri nəticəsində yüzlərlə vətəndaşın adına hazırlanmış saxta sənədlər, habelə onların hazırlanmasında istifadə olunan kompüter avadanlığı və müxtəlif təşkilatlara məxsus saxta möhürlər götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 208-ci maddəsinin birinci hissəsi və 362-ci maddəsinin ikinci hissəsi ilə istintaq tədbirləri həyata keçirir ki, bununla da 3 ildən 6 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub”,
- İstintaq Xidmətinin məlumatında deyilir.

Mənbə: BM
Print ელ. ფოსტა
FaceBook Twitter Google