Daxili İşlər Nazirliyi Tbilisi Şəhər Məhkəməsi qarşısında 15 nəfəri
saxlayıb - qurumun məlumatına görə, onlar İnzibati Məcəllənin 166
və 173-cü maddələri ilə həbs ediliblər.
Bu maddələr xırda xuliqanlıq və polisin qanuni tələblərinə tabe
olmamağı nəzərdə tutur.
“Ukrayna vətəndaşı, Gürcüstanın keçmiş prezidenti
Mixeil Saakaşvilinin iştirakı ilə Tbilisi şəhər məhkəməsi
qarşısında keçirilən etiraz aksiyası davam edən məhkəmə prosesi ilə
paralel olaraq dinc toplaşmaq haqqında qanunun icazə verdiyi
normaları aşdı. Polisin qanuni tələblərinə tabe olmayan, zorakı
üsullarla müqavimət göstərən aksiya iştirakçılarına hüquq-mühafizə
orqanlarının əməkdaşları proporsional güc və xüsusi vasitələrdən
istifadə ediblər.
Məhkəmə binasının ətrafı və həyətyanı ərazidən toplaşanlar sonradan
Ağmeşenebeli xiyabanına keçərək yolu qanunsuz olaraq
bağlayıblar.
Hüquq-mühafizə orqanlarının yolun açılması ilə bağlı çoxsaylı
çağırışlarına baxmayaraq, aksiya iştirakçıları və təşkilatçılar
polisin göstərişinə tabe olmayıblar”, - Daxili İşlər
Nazirliyi yazır.