Məhkəmə qarşısında keçirilən aksiya zamanı 15 nəfəri saxlanılıb - DİN
Daxili İşlər Nazirliyi Tbilisi Şəhər Məhkəməsi qarşısında 15 nəfəri saxlayıb - qurumun məlumatına görə, onlar İnzibati Məcəllənin 166 və 173-cü maddələri ilə həbs ediliblər. Bu maddələr xırda xuliqanlıq və polisin qanuni tələblərinə tabe olmamağı nəzərdə tutur.

“Ukrayna vətəndaşı, Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin iştirakı ilə Tbilisi şəhər məhkəməsi qarşısında keçirilən etiraz aksiyası davam edən məhkəmə prosesi ilə paralel olaraq dinc toplaşmaq haqqında qanunun icazə verdiyi normaları aşdı. Polisin qanuni tələblərinə tabe olmayan, zorakı üsullarla müqavimət göstərən aksiya iştirakçılarına hüquq-mühafizə orqanlarının əməkdaşları proporsional güc və xüsusi vasitələrdən istifadə ediblər.

Məhkəmə binasının ətrafı və həyətyanı ərazidən toplaşanlar sonradan Ağmeşenebeli xiyabanına keçərək yolu qanunsuz olaraq bağlayıblar.

Hüquq-mühafizə orqanlarının yolun açılması ilə bağlı çoxsaylı çağırışlarına baxmayaraq, aksiya iştirakçıları və təşkilatçılar polisin göstərişinə tabe olmayıblar”,
- Daxili İşlər Nazirliyi yazır.

Mənbə: Publika
Print