Marneuli meriyası zibil konteynerlərinin alınması üçün tender elan edib
Marneuli meriyası zibil və tullantılar üçün 1 kub m. həcmdə metal konteynerlərin alınması planlaşdırılır. 111 ədəd zibil konteynerini almaq üçün yerli özünüidarə 195 915 lari dəyərində tender elan edib.

Tender sənədlərinə görə, zibil konteynerləri olmalıdır:
  • Həcmi: 1100 litr
  • Uzunluq: 1300-1400 mm
  • Hündürlük: 1300-1500 mm
  • En: 950 – 1100 mm
Zibil konteynerlərini “Təmiz Marneuli” paylayacaq. Həmin təşkilatın rəhbəri Leri Mumladze bildirdi ki, hələ zibil qablarının yerləşdiriləcəyi konkret yerlər müəyyən edilməyib. Ancaq bildirdi ki, xidmətə daha bir neçə kənd əlavə olunacaq.

İndiki mərhələdə “Təmiz Marneuli” bələdiyyənin təxminən 50-55%-ni əhatə edir.

Zibil qabları tenderində iştirak etmək istəyənlər 4 dekabrdan 7 dekabra qədər olan dövrdə təkliflərini təqdim edə bilərlər. Qalib şirkət zibil konteynerlərini müqavilə bağladıqdan 90 gün ərzində çatdırmalı olacaq.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია