İstehlak kreditləri ucuzlaşıb
Milli Bankın məlumatına görə, milli valyutada verilən kreditlərin həcmi 368,03 milyon lari (1,86%), xarici valyutada verilən kreditlərin həcmi isə 322,95 milyon lari (1,52%) artıb.

Milli valyutada olan kreditlər üzrə faiz dərəcəsi 14,9%-dən 15,6%-ə yüksəlib. Fiziki şəxslərdə isə faiz dərəcəsi cəmi 17,5%-dən 17,8%-ə yüksəlib.

2020-ci ilin oktyabr ayında xarici valyutada kreditlər üzrə faiz dərəcəsi 6,8% idisə, bu ilin oktyabrında bu rəqəm 6,1%-ə enib. Fiziki şəxslərə verilən kreditlər üzrə faiz dərəcəsi 6,4%-dən 5,3%-ə enib.

Bank məhsulları üzrə orta faiz dərəcələri:

- İpoteka - 12,26%
- Avtomobil krediti - 21,57%
- İpoteka krediti - 19,19%
- İstehlak krediti - 18,57%
- İstehlak krediti - təminatlı - 13,29%
- İstehlak krediti – təminatsız - 19,81%


Mənbə: report.ge
Print