Jurnalist Tozu Gülməmmədova “Kato Mikeladze” mükafatına layiq görüldü
Jurnalist, mülki fəal, hüquq müdafiəçisi Tozu Gülməmmədova 2021-ci ilin “Kato Mikeladze” mükafatına layiq görüldü.

2013-cü ildən bu günə qədər gürcü feminist qadınların və hüquq müdafiəçilərinin irsini vurğulamaq üçün “Gürcüstanda Qadınlar Fondu” tərəfindən təsis edilən illik Kato Mikeladze Mükafatı mövcuddur.

Bu il mükafat üç qadına - Baia Pataraia, Eliso Ruxadze və Tozu Gülməmmədova verilib. Tozu Gülməmmədova Saqareco rayonun Yormuğanlı kəndindəndir. O, Yormuğanlıda icma radiosunun yaradılması üzərində fəal işləmişdi. Bununla yanaşı o, insan hüquqlarının qorunması istiqamətində bir çox layihələrdə də iştirak edib. Etnik azərbaycanlı qadınların inkişafı, erkən evliliyə qarşı mübarizə aparıb.

Jurnalist Tozu Gülmmmədova “Qaraçöp İcma Mərkəzi”-nin təsisçilərindən biridir.



Məlumat üçün bildirək ki, Kato Mikeladze - Avropada təhsil aldıqdan sonra Gürcüstana qayıdan və qadın hüquqları uğrunda fəal mübarizə aparan feminist qadın, publisist və eyni zamanda şairdir.

"Marneuli" Radiosu
Print