“Müvafiq dəyişiklikləri tez bir zamanda həyata keçirmək
üçün bu həftə onlayn kazinolar haqqında qanun layihəsinə start
veriləcək”, - Gürcüstanın baş naziri İrakli
Qaribaşvili hökumətin bugünkü iclasında bildirib.
Hökumət başçısı bildirib ki, maliyyə naziri artıq parlamentlə
məsləhətləşib.
"
Onlayn kazinolarla bağlı cənab Laşa Xutsişvili
parlamentlə danışdı, biz məsləhətləşmələr apardıq və bu həftə
müvafiq dəyişikliklərin tez bir zamanda həyata keçirilməsi üçün
qanun layihəsi hazırlanacaq", - deyə baş nazir
bildirib.