Müharibə veteranlarının aylıq yardımı 100 lariyə qədər artacaq - Qaribaşvili

Gürcüstanın baş naziri İrakli Qaribaşvili hökumətin bugünkü iclasında bildirib ki, gələn ildən pensiyaların artırılması ilə yanaşı, müharibə veteranlarına verilən aylıq yardımlar da artacaq.



“Müharibə veteranlarına aylıq yardım artacaq - 22 lari və 44 lari yardım 100 lariyə yüksələcək. Kovid 19-un idarə olunması üçün büdcə 500 milyon lari olaraq müəyyən edilib. Biz məcburi köçkünlər üçün evlərin tikintisinə 114 milyon lari ayırmışıq. Gürcüstanın regionlarında həyata keçiriləcək layihələrə əlavə 300 milyon lari ayrılacaq. Ümumi büdcə 21,8 milyard lari olacaq", - deyə Qaribaşvili bildirib.

Mənbə: report.ge

 

Print