Bokeria klinikası bildirib ki, son vaxtlar koronavirusa yoluxmuş
hamiləli qadınların müraciətlərinin halları artıb.
Klinikadan İnterpressNews-a verilən məlumata görə, hazırda
koronavirusa yoluxmuş 29 hamilə qadın müalicə alır.
“Hazırkı mərhələdə doğum şöbəsində 29, reanimasiya şöbəsində isə 2
xəstə var. Müraciət fəallığı fəlakətli sayda çox yüksəkdir. Bu son
bir həftədə isə daha çox artıb”, - deyə Bokeria
klinikasından bildiriblər.