Kvemo Kartli qubernatoru regionda küçələrin adlandırılması təşəbbüsü ilə çıxış edib
Kvemo Kartli üzrə dövlət nümayəndəsi Qiorqi Doxturişvilinin təşəbbüsü ilə regionda küçələrə adların verilməsi prosesinə başlanılması planlaşdırılır. Məlumatı Kvemo Kartli bölgəsi yayıb və bildirilib ki, işçi iclasda Şəhər Şurasının sədrləri ilə yanaşı, Regional İnkişaf və İnfrastruktur Nazirliyinin və Dövlət Reyestrinin Milli Agentliyinin nümayəndələri də iştirak ediblər.

Görüşdə dövlət nümayəndəsi indiyədək rayon əhalisinin böyük hissəsinin prioritet ehtiyacı olan küçə adları məsələsinin aktuallığından danışıb. Tərəflər bu istiqamətdə birgə həyata keçiriləcək planları müzakirə ediblər. Söhbət zamanı səlahiyyətli qurumlar tərəfindən hazırlanmış tövsiyələrə uyğun olaraq həyata keçirilən prosessual normalardan danışılıb.

Təşəbbüslə bağlı prosedurlar, adların necə seçiləcəyi və bu problemin nə qədər böyük olması barədə səhərdən bu mövzularda Qiorqi Doxturişvilini yazmağa çalışırıq. Təfərrüatlar dəqiqləşdirilərsə, material yenilənəcək.
Əsas şəkil: Kvemo Kartli Quberniyası

"Marneuli" Radiosu
Print