Gürcüstanın bu il un aldığı 4 ölkə
Buğda və Un İstehsalçıları Assosiasiyasının icraçı direktoru Levan Silaqavanın sözlərinə görə, ölkədə minimum buğda tədarükü qalır və yaxın bir neçə gündə işləyən üç dəyirman dayanacaq.

Onun sözlərinə görə, sektor sahə üzrə problemlərin həlli üçün baş nazirlə görüş tələb edir.

Assosiasiyanın bəyanatına cavab olaraq Ekologiya və Kənd Təsərrüfatı Nazirliyi bildirir ki, ölkəyə buğda idxalı böyük ölçüdə un idxalı ilə əvəzlənib. Onların fikrincə, ölkədə buğda unu qıtlığı yaratmağa əsas yoxdur.

"Bu gün kifayət qədər ehtiyatımız var, lakin bizdə buğda yox, un şəklində var", - nazirlikdən bildiriblər.

Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, Gürcüstanda buğda unu idxalı təxminən 11 dəfə artıb. 2022-ci ilin mart ayında ölkə ümumilikdə 2 milyon 589 min dollar dəyərində 8724 ton un alıbsa, ötən ilin eyni dövründə məhsul idxalı 806 ton - 241,7 min dollar təşkil edib.

Ölkələrə gəlincə, Gürcüstan 2022-ci ilin mart ayında əsasən Rusiyadan un alıb ki, bu da ümumi idxalın 98,7%-ni təşkil edir. Fransa, Türkiyə və İtaliyadan az miqdarda un alınıb.

2021-ci ildə Gürcüstanın buğda unu aldığı 4 ölkə:
  • Rusiya - 8 612 ton, 2 507 milyon dollar (orta hesabla bir ton - 291 dollar);
  • Türkiyə - 92 ton, 57,4 min dollar (orta hesabla bir ton - 624 dollar);
  • İtaliya - 12,5 ton, 14 min dollar (orta hesabla bir ton - 1166 dollar);
  • Fransa - 8 ton, 10,2 min dollar (orta hesabla bir ton - 1 275 dollar).
Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია