Qaribaşvili: “Rusiya-Gürcüstan müharibəsi zamanı indiki kimi birlik nümayiş etdirilmədi”
Ukraynada baş verənlər sadəcə Ukraynanın təhlükəsizlik problemi deyil, bu, bütün Avropa təhlükəsizlik arxitekturasının problemidir.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Davos İqtisadi Forumunun panel müzakirəsində çıxışı zamanı belə deyib.

O, 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi zamanı indiki kimi birlik nümayiş etdirilmədiyini vurğulayıb: “Mən sizə bizim 2008-ci ildəki müharibəmizi xatırlatmaq istəyirəm. Təəssüflə qeyd edirəm ki, o zaman biz bugünkü birliyi görmədik. Biz bu birliyi alqışlayırıq, bu bütün sivil dünyanın çox güclü reaksiyasıdır. Amma müstəqilliyimizi bərpa etməyimiz biz gürcülərə çox ağır başa gəldi. 90-cı illərdə Abxaziya və Osetiyada iki müharibə, 2008-ci ildə Rusiya ilə genişmiqyaslı müharibə oldu. Bu müharibənin nəticəsi bizim tarixi ərazilərimizin müvəqqəti işğalıdır. Biz Avropa İttifaqındakı (Aİ) narahatlığı başa düşürük, onlar bütün bu problemləri Avropa ailəsinə idxal edilməsini istəmirlər. Biz onu da başa düşürük ki, namizəd statusunun verilməsi üzvlük verilməsi anlamına gəlmir. Bu, çox uzun bir prosesdir”.

Qaribaşvili qeyd edib ki, Aİ Gürcüstanın namizəd statusu müraciətinə adekvat reaksiya verməldir.

Mənbə: apa.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google