Marneuli bələdiyyəsinin məktəblərindən birində, ötən həftə yuxarı
sinif şagirdinin vəziyyəti pisləşib.
Məktəbin adını bilərəkdən qeyd etmirik. Pedaqoqlar təcili yardım
çağırıblar. Müəllim deyir ki, məktəbin tibb bacısı yoxdur. Buna
görə də şagird üçün ilkin tibbi yardım xidmətini çağırmalı
olub.
“Çağırışdan sonra, bizə zəng vurdular və dedilər ki,
təcili yardım qrupu yerində yoxdur. Başqa çağırış olub və çıxıblar.
Əgər mümkündürsə özünü xəstəni xəstəxanaya aparın. Müəllimlər
bacardığmız qədəri ilə uşağa yardım göstərdik və sonra klinikaya
apardıq”, – Pedaqoq bildirdi
Marneuli bələdiyyəsində təcili yardım xidmətinin yaınız 5 maşını
olmasından irəli gələrək, “Marneuli” radiosu neçə məktəbdə belə
hallarda şagirdə və ya müəllimə ilkin yardım göstərə biləcək tibbi
heyətin olması ilə maraqlandı.
Marneuli bələdiyyəsinin Resurs Mərkəzinin direktor səlahiyyətlərini
icra edən Əli Qəhrəmanovun sözlərinə görə, 74 ictimai məktəbdən
yalnız 7 məktəbdə tibb bacısı var. Təhsil müəssisələrindən bu
problem güman ki, sentyabr ayında həll olunacaq. Onun sözlərinə
görə, ilk növbədə, həkim otağında təmir işləri aparılacaq.
“Nazirlik bizim məktəblərdə məlumat tələb etdi. Təmir
işlərinə başlanılmalıdır ki, həkim, yaxud tibb bacısı kabinetləri
qaydasına salınsın. İndiki mərhələdə Keşəli, Ağməmmədli, Sadaxlı 1
saylı, Marneuli 1 saylı, Marneuli 6 saylı, Marneuli 5 saylı və
Candar məktəblərində həkim var. Biz nazirliyiə məktəblər barədə
məlumat göndərdik. Harada həkim yoxdur bildirdik və sonra öz
qərarları ilə seçəcəklər. Məktəblərdə həkim və tibb bacısı
otaqlarında təmir işləri aparılacaq. Ola bilsin artıq təmirə
başlanılsın və sentyabrda hazır olsun. Bundan sonra isə məktəb
vakansiya elan edəcək”, – Qəhrəmanov bildirdi.
2021-ci ildə təhsil naziri Mixeil Çxenkeli bildirib ki, şagirdin
sağlamlığına daha çox diqqət ayrılmalıdır. Onun sözlərinə görə,
Gürcüstan miqyasında 648 məktəb tibbi kabinetlə təchiz edilib və
2022-ci ilin sonuna qədər Gürcüstandakı bütün məktəblərdə tibbi
məkan yaradılmalıdır.
22 mart tarixində məktəblərdə tibbi heyətin fəaliyyət
standartlarının müəyyən edilməsi barədə sərəncam imzalanıb.
Standart həkimin eləcə də tibb bacısıın ixtisas tələblərini müəyyən
edir. Həkimin qeyd olunan ixtisaslardan biri üzrə ali tibbi təhsili
və həkimlik fəaliyyətini təsdiq edən dövlət sertifikatı olmalıdır:
“Pediatria, ailə təbabəti”, tibb bacısının isə müvafiq ali peşə
təhsili olmalıdır və tətbiq edilmiş səlahiyyətlə həkimin köməkçisi
fəaliyyətini həyata keçirməlidir.