"Dünyada xristianlığı dövlət dini kimi tanıyan ilk
ölkələrdən biri. O vaxtdan bəri bizim bütün inkişafımız bugünkü
Avropanın da əsasında duran İncil dəyərləri ilə müəyyən
edilib", - Baş nazir İrakli Qaribaşvili Müstəqillik
mərasimindəki çıxışında deyib.
Hökumət başçısının sözlərinə görə, Avropa mədəni sərvətlərinin ən
mühüm nailiyyəti Gürcüstan İntibah dövrüdür, VI Vaxtanq və
Sulxan-Saba dövrlərində, sonralar II Erekle dövrlərində ölkəmizdə
təhsil və sənayeləşmə Avropa ilə daban-dabana inkişaf etmişdir.
“Müasir gürcü dövlət təfəkkürünün banilərinin - İliya Çavçavadze,
Niko Nikoladze, İvane Cavaxişvili və digər böyük vətənpərvərlərin
fəaliyyəti Avropa dəyərlərinin və həyat tərzinin, Avropa
institusional quruluşunun bərqərar olmasına yönəlmişdi, ona görə də
müasir Gürcüstan belə bir prinsipə əsaslanır və bunun üçün xalq və
hökumət fədakarcasına işləyir.
"Bu irs və bugünkü nailiyyətlər Şərqlə Qərbin sərhəddində yerləşən
qədim ölkəmizin özünəməxsus tarixi, mədəniyyəti və dili ilə
həqiqətən vahid böyük Avropa ailəsinin layiqli üzvü olmağa layiq
olduğuna inamımızı gücləndirir", - İrakli Qaribaşvili
deyib.