5 avqust tarixində Marneuli rayonunun Əzizkənddə aztəminatlı
ailənin yaşadığı ev yanıb.
Vətəndaşlar ailəyə kömək məqsədi ilə yardım kampaniyasına
başlayıblar.
Bu barədə "Marneuli" radiosuna Algeti məscidinin axundu Mahir
Quliyev məlumat verdi.
O, bildirdi ki, ailə illərdir fəhləlik edərək, ev inşa etmək üçün
bir miqdar pul toplayıb. Lakin evədə yanğın başlayan zaman bütün
əşyalarla birgə ailənin topladığı pul da yanıb.
Mahir Quliyev vətəndaşları ev sahibinə köməy etməyə çağırır. O,
qeyd etdi ki, bunun üçün artıq yardım kampaniyasına
başlayıblar.
Yardım etmək istəyən vətəndaşlar aşağıda qeyd olunan bank hesabına
istənilən məbləği köçürə bilərlər.
Görarxı Xeyriyyə Fondunun hesabı:
GE85BG0000000161224144
Tel: +995 577 07 29 35