Marneuli meriyası 12 kənddə yol və körpü layihələrinin alınması üçün 153 966 lari xərcləməyi planlaşdırır
Marneuli yerli özünüidarəsi 12 kənddə yolların çəkilməsi və körpülərin tikintisi üçün lazımi smeta sənədlərini almaq üçün tender elan edib.

Marneuli meriyası yerli əhəmiyyət daşıyan avtomobil yolları və körpünün tikinti-bərpa işləri üçün lazımi smeta sənədlərinin tərtib edilməsi xidmətinin alınmasına 153 966 lari xərcləməyi planlaşdırır.

Meriyanın alqı-satqısı üçün tender elan etdiyi layihələri sizə təqdim edirik:
  • Sadaxlı və Xocorni kəndinin daxili yollarının bərpası – layihənin təxmini dəyəri 1 200 000 lari.
  • Sadaxlıda olan körpünün bərpası – layihənin təxmini dəyəri 150 000 lari.
  • Ambarovka kəndində daxili yollara asfalt qatının çəkilməsi – layihənin təxmini dəyəri 450 000 lari
  • Dəmyə-Görarxı kənd ictimai məktəbinə gedən yola asfalt qatının çəkilməsi – layihənin təxmini dəyəri 350 000 lari.
  • Şulaveri kəndində MTS ərazisində daxili yollara asfalt qatının çəkilməsi – layihənin təxmini dəyəri 700 000 lari.
  • Metsamula kəndində gedən yola asfalt qatının çəkilməsi – layihənin təxmini dəyəri 400 000 lari.
  • Tsereteli kənd yeni məhəllənin yoluna asfalt qatının çəkilməsi – layihənin təxmini dəyəri 650 000 lari
  • Saimerlo kənd küçələrinə asfalt qatının çəkilməsi – layihənin təxmini dəyəri 400 000 lari.
  • Dioqnisi kəndinin daxili yollarına asfalt qatının çəkilməsi (tam 2 mərhələ) – layihənin təxmini dəyəri 850 000 lari.
  • Kürtlər kənd daxili yollarına asfalt qatının çəkilməsi – layihənin təxmini dəyəri 500 000 lari
  • Lejbəddin kənd daxili yollarına asfalt qatının çəkilməsi – layihənin təxmini dəyəri 500 000 lari.
Marneuli bələdiyyəsi tərəfindən 12 kənddə elan edilmiş yol və körpünün tikintisi üçün lazımi smeta sənədlərinin tərtib edilməsi ilə bağlı tenderdə iştirak etmək istəyən şirkətlər 15 oktyabrdan 18 oktyabra qədər olan dövrdə təkliflərini təqdim edə bilərlər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google