Bu gün energetika naziri Pərviz Şahbazov Gürcüstanın Baş nazirinin
müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan
Davitaşvilinin dəvəti ilə qonıu ölkənin paytaxtı Tbilisiyə səfər
edib.
Bu barədə Enegetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, nazir Gürcüstanın bir sıra rəsmi şəxsləri ilə
görüşlər keçirəcək.
İki gün davam edəcək səfər zamanı Azərbaycan və Gürcüstan arasında
energetika sahəsində əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və
yeni imkanlar müzakirə ediləcək.