Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti Gürcüstanın
gömrük sərhədindən gömrük qaydalarını pozmaqla xüsusilə külli
miqdarda malların keçirilməsi faktını aşkarlayıb.
Bir nəfər saxlanılıb.
Agentliyin məlumatına görə, təqsirləndirilən şəxs avtobusunda
xüsusi gizlənmə yeri olmaqla Sarpi gömrük-keçid məntəqəsindən
Gürcüstana bəyan edilməmiş, xüsusilə də külli miqdarda qiymətli
metaldan hazırlanmış qızıl-zinət əşyaları gətirib.
İstintaq xidməti avtobusdan təxmini dəyəri 535 000 lari olan
5
kiloqramdan artıq qızıl əşyalar aşkar edərək götürüb.
“Avtobusda digər mümkün gizlənmə yerlərinin aşkar
edilməsi və əlavə qaçaqmalçılıq məmulatlarının götürülməsi
istiqamətində müvafiq əməliyyat-istintaq tədbirləri davam
etdirilir. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 214-cü
maddəsinin cəza olaraq 5 ildən 7 ilədək müddətə azadlıqdan
məhrumetməni nəzərdə tutan ikinci hissəsi ilə
aparılır”, - istintaq xidmətinin açıqlamasında
bildirilir.