Marneuli yerli özünüidarəsi 2023-cü il ərzində televiziya və yerli
xəbər agentliyi xidmətinə 114 680 lari xərcləyib.
Marneuli meriyası tərəfindən “Marneuli TV” və “İnterpressnews.ge”
ilə bağlanmış müqavilələr Dövlət Alqı-Satqı Agentiyinin
veb-səhifəsinə yerləşdirilib. Qeyd olunan sənədlərə əsasən,
Marneuli meriyası 2023-cü ildə “Marneuli TV”-yə 109 700 lari,
“İnterpressnews.ge”-yə isə 4980 lari ödəyib.
“Marneuli” radiosu 6 fevral tarixində Marneuli meriyasına
2023-cü
ildə neçə media qurumu ilə müqavilə imzaladığı, xərclənən vəsaitin
səmərəsinin necə müəyyən edildiyi, nə qədər KİV-in etnik azlıqların
dilində məlumat yaydığı ilə bağlı suallarla müraciət edib.
28 fevral tarixində Marneuli meriyasından məktuba cavab aldıq.
Cavaba əsasən, meriya 2023-cü il büdcəsinin televiziya xidmətləri
üçün vəsaitin yazıldığı maddəni qeyd edib, həmin maddədə televiziya
xidmətləri üçün vəsaitlər yazılıb və bizi Dövlət Alqı-Satqı
Agentliyinin veb-səhifəsinə yönləndiriblər.
“Qeyd edək ki, Marneuli bələdiyyəsinin yerli büdcə
məcəlləsinin (05.04.2018) kodu ilə, teleradio yayımı və nəşriyyat
fəaliyyəti üçün maliyyə vəsaiti ayrılır. Marneulinin
özünüidarəsinin imzaladığı müqavilə haqqında, o cümlədən KİV-lərin
adı və xidmətin səciyyəfiliyi ilə bağlı ətraflı məlumatı Dövlət
Alqı-Satqı Agentliyinin veb-səhifəsindən əldə edə
bilərsiniz”, – Marneuli meriyasının verdiyi məlumatda
qeyd olunub.
Marneuli meriyası bizə tələb etdiyimiz ictimai məlumatı vermədi və
bizə bildirdi ki, məlumatları özümüz tapmalıyıq.
Marneuli meriyası 2023-cü ildə “Televiziya və Radio Yayımları və
Nəşriyyat Fəaliyyəti” proqramı çərçivəsində 126 600 lari xərcləyib
ki, bu da Marneuli Televiziyası və Interpressnews üçün ödənilən
məbləğdən 16 900 lari azdır.
Bu gün, 29 fevral tarixində Marneuli meriyasının İctimaiyyətlə
Əlaqələr Şöbəsinin rəhbəri Davit Çikadzedən Marneuli meriyasının
2023-cü il ərzində “İnterpressnews” və “Marneuli TV”-dən başqa
media ilə müqavilə bağlayıb-bağlamadığını soruşduq. O, bu məsələyə
cavab almaq üçün yenidən meriyaya məktubla müraciət etməli
olduğumuzu bildirdi.
Qeyd edək ki, 6 fevral tarixində “Marneuli” radiosu meriyaya eyni
suallarla müraciət etmişdi və bizdən bu gün, 29 fevral tarixində
həmin suallara cavab vermək üçün yenidən yazılı müraciət etməyimizi
istədilər.