Kriştianu Ronaldu nalayiq jestinə görə cəzalandırıldı
Səudiyyə Ərəbistanı Liqasının Etika və İntizam Komitəsi “Ən-Nəsr”in hücumçusu Kriştianu Ronaldunu “Əş-Şabab” azarkeşlərinə qarşı nalayiq jest etdiyinə görə cəzalandırmaq qərarına gəlib.

Belə ki, Ronaldu bir oyunluq diskvalifikasiya olunacaq, bununla da Səudiyyə Ərəbistanı çempionatında “Əl-Hazma” ilə bu gün planlaşdırılan matçda oynamayacaq.

O, bundan əlavə 2,6 min dollar cərimə olunacaq. Portuqaliyalı həm də “Əl-Şabab”a 5,3 min dollar ödəməli olacaq.

Xatırladaq ki, Ronaldu portuqaliyalıya “Messi!” şüarları səsləndirən rəqib azarkeşlərə nalayiq jest göstərib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Pro Liqasının bu mövsümündə 38 yaşlı portuqaliyalı 20 matça çıxıb, 22 qol vurub və doqquz məhsuldar ötürmə edib.

Mənbə: oxu.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google