“Gürcüstan Parlamenti birinci oxunuşda “xarici agentlər
haqqında” qanun layihəsini təsdiqləyib, bu, Avropa İttifaqının
fikrincə, ölkənin bloka qoşulma yolunu təhdid edir və etirazlara
səbəb olur”, - deyə “Reuters”in məqaləsində qeyd
olunub.
Nəşr yazıb ki, qanun layihəsinin taleyi geniş şəkildə Gürcüstanın
Sovet İttifaqının dağılmasından 33 il sonra Qərblə inteqrasiyaya
doğru irəliləmək, yoxsa Rusiya ilə yaxınlaşmaq niyyətində olmasının
sınağı kimi
qiymətləndirilir.
“Qanun layihəsinin 10 minə yaxın əleyhdarı Parlamentin
qarşısına toplaşıb. Bir neçə min etirazçı polisin ciddi mühafizəsi
altında olan hökumət binasına doğru hərəkət edərək qanun
layihəsinin əsas tərəfdarı - baş nazir İrakli Kobaxidze ilə görüş
tələb ediblər”, - məqalədə deyilir.
Reuters yazıb ki, avtoritarizmdə və Rusiyaya həddən artıq
yaxınlıqda ittiham olunan hakim “Gürcü arzusu” partiyası qanun
layihəsinin şəffaflığı təşviq etmək və əcnəbilər tərəfindən tətbiq
edilən “psevdoliberal dəyərlərə” qarşı mübarizə üçün zəruri
olduğunu deyir.
“İnterpressnews” informasiya agentliyi baş nazirin
şərhindən sitat gətirib. Sitata görə Qərb siyasətçiləri qanun
layihəsinə qarşı bir dənə də olsun əsaslı arqument təqdim
etməyiblər və onların bəyanatları hökumətin fikrini dəyişməyəcək.
Rolu əsasən formal olan prezident Salome Zurabişvili bildirib ki,
qanun qəbul olunarsa, ona veto qoyacaq. Lakin o, vetonun öhdəsindən
gələ bilər”, - məqalədə deyilir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.