İrakli Dgebuadze dedi ki, bayraqdarımız olan "o türkü" ölkədən çıxaracaq – Tsiala Qatamidze

Batumi fəalı Tsiala Qatamidze yazır ki, Batumi Polis İdarəsinin rəisi İrakli Dgebuadze, onu saxladığı vaxt,

Batumidəki bayraqdar Temur Qatamadzeni ölkədən "çıxaracağını" deyib.

“Mənim saxlanıldığım otağa girən İrakli Dgebuadze bizim bayraqdarımız haqqında dedi ki, ‘heç nə bacarmasam belə, o türkü ölkədən çıxaracağam’. Mən isə dedim ki, o türk deyil, mühacir nəslindəndir. O isə cavab verdi ki, ‘o
türkdür və Türkiyə bizim ölkəmiz üçün Rusiyadan da böyük düşməndir’. Mənə elə bir baxışla baxdı ki, o baxışı sözlərlə ifadə etmək mümkün deyil. Bu baxışın adı "İrakli Dgebuadze"dir,”
– deyə Tsiala Qatamidze Facebook-da yazıb.

Batumi etirazlarının əsas bayraqdarlarından biri olan və inzibati qaydada saxlanılan Temur Qatamadze bu gün, 16 yanvarda, Samtrediya təcridxanasından azad edilib, lakin dərhal yenidən saxlanılıb.

Temur Qatamadze mühacir nəslindən gəlir, uzun illərdir Gürcüstanda yaşayır və vətəndaşlıq almaq istəyir.

Hazırda Xalq Müdafiəçisi Ofisinin nümayəndəsi Temur Qatamadzenin saxlanıldığı yeri ziyarət etməyə hazırlaşır.

“Batumelebi” xəbər portalı Daxili İşlər Nazirliyindən məlumatı dəqiqləşdirir.

Temur Qatamadze 11 yanvarda Konstitusiya Məhkəməsi qarşısında keçirilən etiraz aksiyasında 173-cü maddə ilə – polisin tələblərinə tabe olmamaq ittihamı ilə saxlanılıb.

O zaman, Temur Qatamadze Gürcüstanın Xalq Müdafiəçisinin nümayəndəsinə polisin ona qarşı qeyri-insani rəftar etdiyi barədə məlumat verib. Temur Qatamadzenin sözlərinə görə, polis bölməsində ona deyiblər: “Sən Gürcüstan vətəndaşı deyilsən, öz ölkənə qayıt!”

Xartiya GGHA-nın İrakli Dqebuadzenin səlahiyyətlərinin dayandırılması tələbinə qoşulur

Mənbə: Batumelebi

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print ელ. ფოსტა
თეგები: Batumi
FaceBook Twitter Google