“Gürcü arzusu”nun baş naziri İrakli Kobaxidze Qazaxıstana rəsmi
səfərə gedib.
Mətbuat xidmətinin məlumatına görə, rəsmi səfər çərçivəsində
fevralın 5-6-da İrakli Kobaxidze və Qazaxıstan Respublikasının Baş
naziri Oljas Bektenov ilə təkbətək və geniş tərkibdə görüş
keçiriləcək.
Kobaxidzeni Prezident sarayında Qazaxıstan Respublikasının
Prezidenti Kasım-Jomart Tokayev qəbul edəcək.
Məlumata görə, İrakli Kobaxidze Qazaxıstana nümayəndə heyəti ilə
birlikdə səfər edib.
Heyətin tərkibinə aşağıdakı şəxslər
daxildir:
- Gürcü Arzusu hökumətinin iqtisadiyyat və dayanıqlı
inkişaf naziri Levan Davitaşvili,
- Xarici işlər naziri Maka Boçorişvili,
- Regional inkişaf və infrastruktur naziri İrakli
Karseladze,
- Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri
Davit Sonqulaşvili,
- Təhsil, elm və gənclər naziri Aleksandre
Tsuladze,
- İdman naziri Şalva Qoğoladze,
- Hökumət administrasiyasının rəhbəri Levan
Jorjoliani.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415