Bu, mənim Gürcüstan Prezidenti kimi ilk xarici səfərimdir, bu da
Gürcüstan və Azərbaycan arasında strateji
və xüsusi mehriban qonşuluq münasibətlərini vurğulayır. Bu vəzifəni
tutduqdan sonra tezliklə Azərbaycana bu səfərin baş tutması mənim
üçün vacib idi – bu barədə Gürcüstan Prezidenti Mixeil Kavelaşvili
İlham Əliyevlə birgə mətbuat konfransında bildirib.
Kavelaşvili bildirib ki, Gürcüstan və Azərbaycanı görkəmli
dostluq
birləşdirir, bu isə gələcəkdə əməkdaşlığın daha da gücləndirilməsi
üçün möhkəm təməl yaradır.
“Şadam ki, cənab Əliyevlə artıq görüşmək imkanı əldə
etmişəm – biz Gürcüstan və Azərbaycan arasındakı çoxölçülü nümunəvi
əlaqələr, Cənubi Qafqaz regionunun çağırışları və dünyada gedən
proseslərlə bağlı öz fikir və baxışlarımızı bölüşdük. Xalqlarımız
arasında əsrlər boyu möhkəm dostluq formalaşıb, bu isə gələcəkdə
əməkdaşlığın daha da gücləndirilməsi üçün möhkəm təməl yaradır.
Milli kimliyin qorunması, ənənələr, mədəniyyət və tariximizə hörmət
bizim xalqların xüsusilə diqqət yetirdiyi əsas prinsiplərdir. Bizim
dostluğumuz qarşılıqlı hörmətə və bir-birimizin milli maraqlarını
nəzərə almağa əsaslanır. Münasibətlərdə etimadın nə qədər vacib
olduğunu yaxşı başa düşürük və sözün qiymətini bilirik. Bizi xilas
edən və bu günə gətirən yazılmamış qanunlar və dəyərlər toplumuz
var. Məhz buna görədir ki, gürcü –Azərbaycan dostluğu və strateji
tərəfdaşlığı belə xüsusi və nümunəvidir” –
Kavelaşvili bildirib.
Mixeil Kavelaşvilinin bəyanatına əsasən, Cənubi Qafqaz regionunun
daha da rəqabətli, etibarlı və perspektivli olması üçün davamlı
sülh və sabitliyin təmin edilməsi vacibdir.
“Çağırışlar və təhlükələrlə dolu olan bugünkü qlobalizm
dövrü məhz bu fundamental dəyərləri təhdid edir. Ona görə də biz bu
prinsipləri qorumaq üçün xüsusi diqqət və səy göstərməliyik. Gürcü
və Azərbaycan xalqları xalqlarımız üçün həyati əhəmiyyət kəsb edən
dəyərlərin qorunması uğrunda mübarizədə birlikdə dayanır və
gələcəkdə də birlikdə dayanacaqlar” – prezident
bildirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415