Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) hesab edir ki, İsrail
və ABŞ-nin İranın Fordo nüvə obyektinə endirdiyi zərbələr
nəticəsində obyektə ciddi ziyan dəyib,
lakin zərərin dəqiq miqyasını əraziyə daxil olmadan qiymətləndirmək
mümkün deyil. Bunu AEBA-nın baş direktoru Rafael Qrossi iyunun
23-də təşkilatın idarə heyətinin İrandakı vəziyyətlə bağlı
fövqəladə iclasında deyib:
"AEBA da daxil olmaqla hazırda heç kim Fordoda yeraltı
zərəri tam qiymətləndirə bilmir. İstifadə olunan partlayıcı yükü və
sentrifuqaların həddindən artıq vibrasiyaya həssaslığını nəzərə
alsaq, obyektə çox ciddi ziyanın dəydiyi
gözlənilir".
Rafael Qrossi İsfahan və Natanzdakı nüvə obyektlərinin
vurulmasından da danışıb:
"İran AEBA-ya bildirib ki, hər üç obyektdə kənar
ərazilərdə radiasiya səviyyəsində heç bir artım müşahidə olunmayıb.
Digər obyektlərdəki vəziyyət isə əvvəlki hesabatlarda qeyd etdiyim
kimidir".
Qrossi həmçinin iyunun 13-də İran xarici işlər naziri Abbas
Ərağçinin AEBA-ya göndərdiyi məktub barədə deyib ki, həmin məktubda
İran hökuməti nüvə obyektlərini və materiallarını qorumaq üçün
"xüsusi tədbirlər" görəcəyi haqda məlumat verib.
AEBA baş direktorunun sözlərinə görə, Tehrana cavab məktubunda o
bəyan edib ki, İranın Nüvə Təhlükəsizlik Razılaşmasına əsasən,
qorunan obyektlərdəki nüvə materialı ölkə daxilində başqa bir yerə
köçürülərsə, Agentliyə əvvəlcədən bəyan edilməlidir.
İyunun 21-də ABŞ İranın nüvə obyektlərinə zərbələr endirib. Bundan
sonra İran danışıqlara qayıtmaqla bağlı bütün təcili çağırışlara
soyuqqanlı yanaşıb, özünümüdafiə hüququnu vurğulayıb.
İsrail iyunun 13-də İranı vurmağa başlayıb, məqsədinin Tehranın
nüvə proqramını məhdudlaşdırmaq olduğunu deyib. İran da hücumları
cavabsız qoymayıb. Hər iki tərəfdə itkilər var.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415