Prokurorluq bu gün səhər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən
saxlanılan B.Ç. adlı şəxsə rəsmi ittiham irəli sürüb.
DTX-nın məlumatına görə, o, diversiya aktı planlaşdırırmış.
O, “odlu silahların, döyüş sursatının, partlayıcı qurğuların və
partlayıcı maddələrin qanunsuz əldə edilməsi və saxlanması” maddəsi
ilə ittiham olunur.
İttiham sənədində “diversiya” və ya 4 oktyabr aksiyası ilə əlaqə
barədə heç nə qeyd olunmayıb.
Prokurorluğun məlumatına görə, DTX-nın istintaqı nəticəsində
müəyyən edilib ki, bu şəxs aşağıdakı silah və sursatı qanunsuz əldə
edib:
- pulemyot,
- çoxlu sayda patron,
- qumbaraatan,
- tank əleyhinə mərmilər,
- partlayıcı maddə — trotil,
- 3 ədəd elektrik detonatoru,
- 2 avtomatik silah.
İstintaqın versiyasına görə, o, bunları Mtsxeta bələdiyyəsində
avtomobil yolunun yaxınlığında yerləşən meşə massivində
gizlədib.
Prokurorluq onun barəsində həbs qətimkan tədbiri seçilməsini tələb
edir.
“Diversiya aktları”
DTX 5 oktyabrda — seçkilər və prezident administrasiyasına yürüş
cəhdinin ertəsi gün — bəyan edib ki, bu döyüş sursatı
“4
oktyabrda prezident sarayını ələ keçirmə cəhdi ilə paralel
diversiya aktlarında istifadə olunmalı idi.”
Xidmət həmçinin bildirib ki, təqsirləndirilən şəxs silah və sursatı
“Ukraynada fəaliyyət göstərən hərbi bölmələrdən birinin
gürcü nümayəndəsinin göstərişi ilə” alıb, lakin həmin
şəxsin kimliyi və bölmənin adı açıqlanmayıb.
DTX əlavə edib ki, “təhlükəsizlik əməkdaşlarının həyata keçirdiyi
preventiv tədbirlər nəticəsində” bu silah-sursatı Tbilisinin
mərkəzinə gətirməyi planlaşdıran şəxslər zərərsizləşdirilib.
Lakin “zərərsizləşdirilmə”nin konkret nə demək olduğu açıqlanmayıb
və başqa şəxslərin saxlanılması barədə məlumat verilməyib.
Xidmət həmçinin bildirib ki,
“B.Ç.-nin sifarişi ilə
detonatorun pultunu hazırlayan şəxs artıq DTX-da dindirilib və
istintaq hərəkətləri davam edir.”
Növbəti həbslər
Daxili İşlər Nazirliyi də 4 oktyabrda iki nəfəri birlikdə saxlayıb
—
“odlu silah və döyüş sursatının qanunsuz əldə edilməsi və
saxlanması” ittihamı ilə.
Sonradan onlardan biri azadlığa buraxılıb, digəri isə ittihamla
üzləşib.
DİN-in müavini Aleksandre Daraxvelidzenin 6 oktyabr gecəsi verdiyi
açıqlamaya görə, onlardan birinin üzərində döyüş sursatı
tapılıb:
“İstintaqla müəyyən olunub ki, götürülən sursat onun
adına qeydiyyatda olan silaha aid imiş, buna görə də saxlanılan
şəxs azadlığa buraxılıb,” — deyə Daraxvelidze
bildirib.
Onunla birlikdə saxlanılan digər şəxsə isə rəsmi ittiham irəli
sürülüb.
Daraxvelidzenin sözlərinə görə, həmin şəxsin üzərindən öz adına
qeydiyyatda olan atəşli silah tapılıb.
Bundan başqa, Batumidə onun evi axtarılıb və orada
“xüsusi
hazırlanmış gizlədilmiş yer” aşkarlanıb. Oradan
aşağıdakılar tapılıb:
- çoxlu döyüş sursatı,
- daraqlar,
- qaz maskaları,
- dəbilqələr,
- radioötürücü cihaz,
- təxminən 150 ədəd SIM kart.
Bu maddə üzrə cəza 6 ilədək azadlıqdan məhrumetmə nəzərdə
tutur.
Aleksandre Daraxvelidze bu həbslər barədə məlumatı həmin brifinqdə
açıqlayıb — o brifinqdə həm də 4 oktyabr hadisələrinə görə 13
nəfərin saxlanıldığını bildirmişdi.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.