“Gürcü Arzusu” hökumətinin ədliyyə naziri yeni əmr imzalayıb və bu
dəfə müddət 2025-ci ilin 22 dekabrına qədər uzadılıb.
Əvvəlki qərara əsasən, yeni vəsiqələrin verilməsi 3 noyabrda
başlamalı idi.
“Gürcüstan vətəndaşının elektron şəxsiyyət vəsiqəsinin, Gürcüstanda
yaşayan əcnəbilər üçün müvəqqəti və daimi yaşayış elektron
vəsiqələrinin, həmçinin müvəqqəti şəxsiyyəti təsdiqləyən elektron
vəsiqənin texniki xüsusiyyətləri və formalarının təsdiqlənməsi
haqqında” əmr 2025-ci
il 10 martda dərc olunmuşdu. Həmin qərara
görə, yeni formadakı şəxsiyyət vəsiqələri, biometrik pasportlar və
digər sənədlər 2025-ci il 4 iyundan etibarən verilməli idi.
Ancaq bu tarix bir neçə dəfə təxirə salınıb.
Yeni dizayndakı biometrik pasportların verilməsinə artıq başlanıb –
bu, 2025-ci il 6 oktyabrdan etibarən müraciət edən vətəndaşlara
aiddir.
Amma yeni şəxsiyyət vəsiqələrinin verilməsi hələ başlamayıb.
Yeni dizaynda şəxsiyyət vəsiqələri 2025-ci il 22 dekabrdan etibarən
müraciət edən vətəndaşlara veriləcək (əlbəttə, əgər bu tarix bir
daha dəyişdirilməzsə).
Qeyd: Yeni sənədlər qüvvəyə mindikdən sonra, artıq verilmiş
(indiki) şəxsiyyət vəsiqələri və pasportlar etibarlılıq müddəti
bitənədək qüvvədə qalacaq.
Yəni vətəndaşların mövcud pasport və şəxsiyyət vəsiqələrini
dəyişmək məcburiyyəti olmayacaq — onlar yalnız sənədin etibarlılıq
müddəti bitdikdə dəyişdiriləcək.
Mənbə: batumelebi.netgazeti.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.