Oktyabrda nəqliyyat vasitələrinin normadan artıq qaz buraxdığı 699 hal aşkarlanıb
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitə Nəzarət Departamentinin əməkdaşları 2025-ci ilin 1–31 oktyabr tarixlərini əhatə edən dövrdə avtomobillərin egzoz qazlarının müəyyən olunmuş norma ilə uyğun gəlməməsi üzrə 699 fakt müəyyən ediblər.

Departamentin inspektorları ölkənin dörd iri şəhərində — Tbilisi, Batumi, Kutaisi və Rustavidə — yollarda hərəkət edən nəqliyyat vasitələrinin egzoz qazlarını gündəlik əsasda

yoxlayırlar. Bu istiqamətdə Departamentin imkanlarının genişləndirilməsi prosesi mərhələli şəkildə davam edir. Son dövrdə nəzarət qruplarının sayı artırılıb, bu isə egzoz emissiyalarına nəzarətin effektivliyini yüksəltmək baxımından mühüm addımdır.

Nəticədə, oktyabr ayında Tbilisidə 488, Batumidə 113, Kutaisidə 55, Rustavidə isə 43 hüquqpozmə faktı aşkarlanıb.

Ümumilikdə 699 faktın 610-u fiziki şəxslər, 89-u isə hüquqi şəxslər tərəfindən törədilib.

İnspektorların məlumatına görə, 381 hal minik avtomobillərinə, 296 hal mikroavtobuslara, 20 hal yük avtomobillərinə, 2 hal isə avtobus sürücülərinə və ya sahiblərinə aiddir.

İlin statistikasına əsasən, 2025-ci ilin yanvar–oktyabr ayları ərzində 4497 hüquqpozmə halı qeydə alınıb.

Atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılması məqsədilə, görünən egzoz qazlarının nəzarəti ilə yanaşı, Departament bir sıra əlavə tədbirlər də həyata keçirir.
İnspektorlar yanacaqdoldurma məntəqələrində yanacağın keyfiyyətini mütəmadi yoxlayırlar, bununla da standartlara cavab verməyən yanacağın istifadəsini minimuma endirməyə çalışırlar. Bu, öz növbəsində, zərərli maddələrin havaya buraxılmasını əhəmiyyətli dərəcədə azaldır.

Bundan başqa, sənaye müəssisələrindən havaya çirklənmənin qarşısını almaq məqsədilə, hava tullantılarının fasiləsiz avtomatik monitorinq sisteminin tətbiqi prosesi də davam edir — artıq 36 iri müəssisədə bu sistem fəaliyyət göstərir.

Bütün bu tədbirlər birlikdə atmosfer havasının çirklənməsinin minimuma endirilməsinə xidmət edir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google