Gürcüstan Strategiya və Beynəlxalq Əlaqələrin Araşdırılması Fondu
(Rondeli Fondu) 2024-cü ilin “İştirak etmə siyasətinə dəstək”
qısamüddətli təhsil proqramına iştirakçıların seçimi üçün müsabiqə
elan edib.
3 günlük təlim kursunun məqsədi etnik azlıqların siyasi və sosial
iştirakının artırılmasına, siyasi partiya nümayəndələri ilə etnik
azlıqların iştirakı mövzusunda müzakirə, biliklərinin artırılması,
demokratik idarəetmə prinsiplərinə dəstək olmaqdır.
Təlim 17 may tarixində başlayacaq
və 19 mayadək davam edəcək.
Kurs Tbilisidə, Rondeli Fondunun ofisində keçiriləcək.
Layihədə Tbilisi və Gürcüstanın regionlarında yaşayan müxtəlif
etnik qrupları təmsil edən 18-28 yaş arası fəal gənclər iştirak edə
bilərlər.
Proqram iştirakçılarının mehmanxana, qida və nəqliyyat xərclərini
Rondeli Fondu təmin edəcək.
Maraqlanan şəxslər qeyd olunan
linkə daxil olaraq müraciət formasını doldura
və sonrakı ünvana göndərə bilərlər:
This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it
El-poçtun mövzu hissəsində layihənin adı qeyd olunmalıdır.
Müraciətlərin son qəbul vaxtı: 8 may, 2024-cü ildir.
Seçilmiş namizədlər söhbət mərhələsindən keçəcəklər.
Ətraflı məlumat üçün
linkə daxil olun:
Layihəni Gürcüstan Strategiya və Beynəlxalq Əlaqələrin
Araşdırılması Fondu (Rondeli Fondu) milli azlıqların məsələləri
üzrə ATƏT-in Ali Komissarlığı ofisi ilə tərəfdaşlıqla həyata
keçirir.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.