Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən verilən məlumata
görə:
• 7, 8 və 10 may 2024-cü il tarixlərində rəsmiləşdirmə üçün
iqtisadi zonalar, gömrük-keçid məntəqələri, eləcə də rəsmiləşdirmə
şöbələri və gömrük qiymətləndirilməsi və malların təsnifatı
bölmələri adi rejimdə fəaliyyətini davam etdirəcək.
• 7, 8 və 10 may tarixlərində göstərilən xidmətlər üzrə müəyyən
edilmiş tariflər ikiqat artırılmayacaq.
Gəlirlər Xidməti onu da qeyd edir ki, Əmək Məcəlləsi ilə müəyyən
edilmiş bayram günlərində [3-6 və 9 may] Gömrük İdarəsinin müvafiq
struktur bölmələrində xidmətlərin göstərilməsi üçün müəyyən edilmiş
rüsum 2010-cu il tarixli normativ hüquqi aktlara uyğun olaraq iki
dəfə artırılacaq.
• Bundan əlavə, 2024-cü il mayın 3-dən mayın 10-dək olan müddətdə
Gürcüstanın bütün ərazisində Maliyyə Nazirliyinin Gəlirlər Xidməti
Departamentinin xidmət mərkəzləri işləməyəcək.
“Xahiş edirik, xidmətlər zamanı bunu nəzərə alın.
Bundan əlavə, 7, 8 və 10 may 2024-cü il tarixlərində istədiyiniz
məlumatları əldə etmək üçün saat 09:00-dan 18:00-dək məlumat
məsləhət mərkəzinə - 2 299 299 nömrəsinə müraciət edə və ya RS
chat-dan istifadə edə və ya e-poçt ünvanına yaza bilərsiniz. Poçt
ünvanı
This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it
", - Gəlirlər Xidməti bəyan
edir.
————
Gürcüstanda mayın 3-dən 12-dək rəsmi bayram günləridir. İrakli
Kobaxidzenin imzaladığı hökumət fərmanına əsasən, Pasxadan sonrakı
günlər, yəni mayın 7, 8 və 10-u qeyri-iş elan edilib.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.