Ağməmmədli sakinləri illərdir ki yollarının təmir olunmasını gözləyirlər (VİDEO/FOTO)
Ağməmmədli kənd sakinlərinin “Vətəndaş Büdcəsi”nə təqdim etdikləri layihə 2017-ci ildə qalib gəlmişdi. Amma iki il keçməsinə baxmayaraq həmin layihə həyata keçirilməyib. Bu kimi problemlə digər kənd sakinləri də qarşılaşıb. Misal üçün, Kürtlər kənd sakinlərinin 2017-ci ildə bələdiyyəyə təqdim etdiyi layihə də qalib gəlmiş və həyata keçirilməmişdi.

“Vətəndaş Büdcəsi” nədir? “Vətəndaş Büdcəsində” kimlər iştirak edə bilər? Həmin layihədə sakinlərin hər biri iştirak edə bilər və yerli hakimiyyətlə bərabər yaşadıqları ərazilərdə hansı problemin həll olunacağına sakinlərin özləri qərar verə bilərdilər. Bununla yanaşı büdcənin bölünməsi, nəyə xəriclənməsi haqda məlumatı yerli hakimiyyətdən tələb edə bilərlər.

Ağməmmədli sakinləri də “Vətəndaş Büdcəsi” çərçivəsində kəndin daxili yollarının bərpa olunmasını istəyirdilər. Onların qalib gəldiyi layihə 2017-ci ildən bu günə kimi həyata keçirilməyib. Kənd sakinləri illərdir ki, yağışlı havada palçıqda və günəşli havalarda isə tozlu yollarda hərəkət edirlər. Sakinlər deyir ki, illərdir onlar bu cür şəraitdə yaşayırlar və onların problemi ilə maraqlanan yoxdur.

Kənd sakinlərinə isə qaranlıq qalan məqam odur ki, onların qalib gəldikləri layihə nə üçün indiyə qədər həyata keçirilməyib.

Marneuli meriyasından konkret qeyd etmirlər ki, "Vətəndaş Büdcəsi" çərçivəsində layihə niyə həyata keçirilməyib. Ancaq izah edirlər ki, 2019-cu ilin büdcəsində Ağməmmədli-Ulaşlı-Qasımlını əlaqələndirən yolun bərpası planlaşdırılır.

"Marneuli" Radiosu

Print