Novruz - yazı unutma!
Marneuli şəhərində Novruz Bayramı qeyd etməsi haqqında İnsan Hüquqları Tədris və Monitorinq Mərkəzinin (EMC) bloqu. Müəllif: Tsodne Tskvediani.

Həmin bloqu sizə təqdim edirik.

Əsrlər öncə Kutaisidə gimnaziyanın şagirdləri çobanyastığı çiçəkləri sataraq Tuporkiliyozdan əziyyət çəkən xəstələrə kömək etdilər və beləcə bir milli bayramın, “ qvirlobanən” təməli qoyuldu. Bu bayram aprel və may aylarında qeyd olunurdu. Aradan vaxt keçdi və necə olduğunu anlamadan bu gün “Tbilisobaya” çevrildi.

Əslində “Tbilisoba” bir modelidir. Bürokratın əliylə o bütün bayramlara uyğunlaştırılır və gün özünün əsil anlamını itirmiş olur. Gürcüstanda Novruz bayramı da eyni taleyi yaşayır. Bu bayramın da tarixi əsirləri aşıb gəlir və Asiya xalqları üçün çox böyük önəm daşıyır.

Novruz Hicr-i Qəmər (İran) təqviminin ilk günü olub bahar enikosuna – gecə və gündüzün bərabərləşməsinə təsadüf edir. Bu gün üçün xüsusi hazırlaşılır. Bayrama qədər qışın son çərşənbələri qeyd olunur. Bunlardan ilki su çərşənbəsidir. Səhər hava aydınlanan zaman insanlar çaya, su üstünə gedib su içər və ürəklərində arzu tutarldıar. Su çərşənbəsindən sonra od çərşənbəsi, günəşlə görüş günü gəlib çatır. Od çərşənbəsində gecə evlərdə şamlar yandırardılar. Növbəti çərşənbə torpaq çərşənbəsidir. Bu çərşənbə yer kürəsindəki həyat və bərabərliyin simbolu sayılır. Bu gün ağac və səmənilər əkilərdi. Son çərşənbə yel çərşənbəsidir. Bu çərşənbə yenilənmənin, dəyişimin simboludur. Bundan sonra Novruz, yeni gün gəlir və insanlara baharı qarşılayırlar.

Yerli əhalinin fikrincə Novruzun əsil anlamı yaz fəsliylə, baharla görüş və yeniliklərin, dəyişimin başlamasına bir ümiddir.

Bu gün Novruz tamamiylə fərqli şəkildə qeyd olunur. Kvemo Kartlidə yaşayan Azərbaycanlılar düşünürlər ki, təşkilatçılar Bakıda keçirilən şənlikləri təqlid edirlər və beləcə yerli əhalinin əsrlər boyu yarattığı adət ənənələri gözardı edib unudurlar. Bu bayramı müasirliyə uyğunlaşdırma istəyi isə ölkəyə səyahət edən turistlər üçün cəlbedici xarakterli olmasıdır. Daxıllar qoyulur, suvenirlər satılır hansıların ki, bayramla əlaqəsi yoxdur.

Müasir novruz inteqrasiya karnavalıdır. Baş nazir xalqın qarşısında çıxış edərək qastrolda çıxış edən pop ulduzlar kimi yerli əhalinin dilində bir-iki söz deyir. Bu qısa və şablon çıxışda boş sözlərdən və sülh şəraitində yaşamaqdan başqa mühim bir şey deyilmir. İllər əvvəl Şevardnadze hakimiyyəti nasionalist ritorikaya etiraz etdi və bu xalqı qonaq etdi bu isə yerli əhalidə həqiqətən böyük sevincə səbəb oldu. Amma indi hakimiyyət liderləri sadəcə bayramlarda danışmamalı, həmişə xalqın yanında olmalıdırlar.

Bayramı qeyd etmək üçün bir yere toplaşan xalqın qarşısında inteqrasiyadan sohbet açmaq və sonra bunlarin heç birini xatırlamamaq s’lahiyy’t sahibinin şıltaqlığıdır. Bu gün, bayram günü bu üzücü siyasi çıxışların kimə lazım olduğu isə hələ də məlum deyil.

Bu gün də 2019-cu ilin 21 mart günündə də heçnə dəyişməyib – Yenə də Kvemo Kartlidə qəyyumi dilin bilinməməsi diqqət mərkəzindədir. O, bu xalqın dilini öyrənə bilməməsinin səbəbləri ve cətinliklər haqqında heç də söhbət açmır. O, elə danışır ki, guya azərbaycanlılar gürcü dilini öyrənmək istəmirlər amma unudur ki, əsrlər ərzində kəndlərdə yaşıyan azərbaycanlılar digər dominant olmayan şəhərlərdə yaşayan etnoslardan fərqli olaraq, iqtisadi və mədəni münasibətlərdə fəal iştirak edirdilər.

Səhnədə gürcü və azərbaycan rəqs qruplari öz rəqslərini nümayiş etdirilər. Bəziləri gürcü və azərbaycan rəqslərini birləşdirmək istəyirlər. Günün kulminasiyası olaraq isə aparıcılar Mtiuluri rəqsini elan etdilər və şənlik ekə məhz bu rəqslə sonlandırıldı.

Əlbəttə Azərbaycan vətandaşlarını öz milli adət ənənələrimizlə tanış etməliyik, amma bu o demək deyil ki Novruz bayrami mütləq gürcu rəqsi ilə sonlandırılsın. Əksinə biz gürcü adət ənənələrini qorumalıyıq ki o da Tbilisobaya bənzəməsin.

Novruz bitir və insanlar evlərinə qayıdırlar, onlar yenə yadlaşırlar. Mədəni tədbirlər gürcü və azərbaycan vətəndaşlarına bir günlük birləşdirsə də həqiqi həyatda ağır sosial vəziyyət, kasıbçıliq və nasionalist tərkibli miflər onları bir-birlərindən uzaqlaşdırır.

Mənbə: EMC

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები