Polis Tbilisidə “Liberty Bank”ın sürətli köçürmə aparatını qarət etməyə cəhd ittihamı ilə bir nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin İsani-Samqori İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 1989-cu ildə anadan olmuş İ.Q.-ni oğurluğa cəhd ittihamı ilə saxlayıblar. Bu barədə məlumatı "Interpressnews"a DİN-dən veriblər.

“Polis müttəhimi Poniçalada “Liberty Bank”ın sürətli köçürmə aparatını qarət etməyə cəhd edərkən elə həmin an saxlayıb.

Gürcüstan Cinayət Məcəlləsinin oğurluğu nəzərdə tutan 19-177-ci maddəsinin 3-cü hissəsi ilə istintaq davam edir”,
– Daxili İşlər Nazirliyi tərəfindən yayımlanmış məlumatda deyilir.

Nazirliyin məlumatına görə, törədilmiş cinayətə görə 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Print ელ. ფოსტა
FaceBook Twitter Google