Bu gün, 18 aprel tarixində Marneulidə mədəni
irsin mühafizəsi günü qeyd olunub. Mədəniyyət evində sərgi
keçirilib.
Sərgidə Marneulidə olan mədəni irsi abidələrin
bir hissəsi təqdim olunub.
Bu günü Meriyanın Mədəniyyət Xidmətinin nümayəndəsi Elquca
Kupatadze vacib dəyərləndirdi və iştirakçılara Marneulidə olan
mədəni irsi abidələr haqqında danışdı.
“Mədəni irs bizim kimliyimizdir. Bizim əcdadlarımız
mədəni irs, arxitektura abidələri və s. qoyublar. Bu isə sonradan
bizim ölkəmizə miras olaraq qalıb və onu qorumaq lazımdır. Bunun
üçün dövlət müvafiq müəssisə yaradıb və müəssisə bunların hamısını
təmin edir. Yerli özünüidarədə də bu xidmət var” –
Elquca Kupatadze deyir.
Bugünkü tədbirdə bələdiyyə gəncləri iştirak edirdi.