Marneuli meri Kənan Ömərovun əmlak bəyannaməsində son üç il ərzində
yalnız əməkhaqqı sütununda dəyişiklik edilib.
Ömərovun əmlak bəyannaməsinə görə, o, 2021-2023-cü illərdə daşınar
və ya daşınmaz əmlak əldə etməyib.
Merin Marneuli bələdiyyəsində, Sabirkənddə100 993 kv.m torpaq
sahəsi var. O, həmin sahəni 2016-cı ildə hədiyyə olaraq alıb. Eləcə
də 2021-ci ildə İcra Hakimiyyətinin arayışı əsasında Sabirkənddə
yerləşən
2677 kv.m torpaq sahəsi də merin əmlakına daxildir.
Marneuli merinin həyat yoldaşı Samirə Balakişiyeva 2019-cu ildə 50
000 dollara Tbilisi şəhərində 80,7 kv.m mənzil alıb. Balakişiyeva
Marneulidə, Rustaveli küçəsində yerləşən 196 kv.m kommersiya
sahəsinin də sahiblərindən biridir. Kənan Ömərovun əmlak
bəyannaməsinə görə, Balakişiyevaya həmin sahə 2017-ci ildə hədiyyə
olunub. Bəyannamədə hədiyyə edənin kimliyi qeyd olunmayıb.
Kənan Ömərovun əmlak bəyannaməsinə əsasən, o, 2022-ci ildə
əməkhaqqı olaraq 53 064 lari alıb. 2023-cü ildə bu göstərici 58 370
lari olub. 2023-cü ildə Kənan Ömərovun həyat yoldaşının əməkhaqqı
da artıb. Samirə Balakişiyevanın əməkhaqqı 2022-ci ildə, “Geo
Hospitals” MMC-də həkim işləyən zaman 7 211 lari 19 tetri idi.
Balakişiyeva 2023-cü ildə həmin vəzifədə əməkhaqqı olaraq 15 703
lari 92 tetri alıb.
Marneuli meri əmlak bəyannaməsini 2024-cü ilin 30 mart tarixində
yeniləyib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.