Polis Tbilisidə 4 maşını qarət etdiyinə görə yetkinlik yaşına çatmamış şəxsi saxlayıb
14:42 / 31.01.2019
DİN-in Tbilisi Polis Departamenrinin Qədim
Tbilisi İdarəçiliyinin əməkdaşları aparılan əməliyyat nəticəsində
oğurluq ittihamı ilə, yetkinlik yaşına çatmamış şəxsi - 2001-ci il
təvəllüdlü Q.C.-nı saxlayıb.Cinayət 4 ildən 7 ilə qədər müddətə azadlıqdan
məhrum etməni nəzərdə tutur.
İstintaq müəyyən edib ki, saxlanılan şəxs cari ilin yanvar ayında
Tbilisidə Nikoloz Çxeidze küçəsində vətəndaşlara aid olan 4
avtomobili qarət edib və hadisə yerindən qaçıb. Hüquq
mühafizəçiləri Q.C.-nı Tbilisidə həbs ediblər.
İstintaq dəfələrlər törədilmiş oğurluq faktı ilə bağlı Gürcüstan
CM-nin 177-ci maddəsinin 3-cü hissəsinin "b" altbəndi ilə
gedir.