ABŞ Dövlət Departamentinin hesabatına görə, siyasi zorakılıqlarla bağlı məsuliyyətə cəlb olunma problem olaraq qalıb
14:43 / 14.03.2019
Siyasi zorakılıqlarla bağlı məsuliyyətə cəlb
etmə, o cümlədən president seçkilərinin ikinci turunadək müxalifət
nümayəndələrinə qarşı bir sıra hücumlar problem olaraq
qalıb.Bu
barədə ABŞ Dövlət Departamentinin 2018-ci il üçün insan hüquqları
hesabatının Gürcüstanla bağlı hissəsində qeyd olunub.
“Daxili İşlər Nazirliyinin məlumatına görə, 22 noyabr
tarixində 22 nəfərə qarşı zorakılıqla bağlı ittiham irəli sürülüb.
Belə insidentlərdən birində Axalkalakidə “Vahid Milli Hərəkat”ın
dörd nəfər fəalı döyülmüşdü. Daxili İşlər Nazirliyi “Gürcü
Arzusu”nun dörd nəfər fəalına qarşı ittiham irəli sürmüşdü. Digər
hallarda isə DİN müxalifətin hücumların seçkilərlə əlaqəli olduğu
barədə iddiaları ilə razılaşmırdılar”, – hesabatda
deyilir.
Hesabatda o da qeyd olunub ki, NDI-ın bəyanatına görə, “Bu
seçkilərdə ictimai təşkilatlara və onların liderlərinə qarşı dövlət
məmurları tərəfindən aqressiv, fərdiləşmiş və görünməmiş hücumlar
çox təəccüblü idi”.