İmereti polisi külli miqdarda qeyri-qanuni
silah-sursat müsadirə edib. Hadisə ilə bağlı bir nəfər
saxlanılıb.
“Daxili İşlər Nazirliyinin Raça- Leçxumi və Kvemo
Svaneti Polis Departamentinin Tsaqeri Rayon Polis İdarəsinin
əməkdaşları hakimin qərarı əsasında həyata keçirdikləri
operativ-istintaq əməliyyatı nəticəsində 1968-ci ildə anadan olmuş
Q.S.-ni qeyri-qanuni şəkildə odlu silah, döyüş sursatları və
partlayıcı qurğu əldə etmə-saxlama ittihamı ilə saxlayıblar.
Törədilmiş cinayət üçün 3 ildən 6 ilədək azadlıqdan məhrumetmə
cəzası nəzərdə tutulur.
Polis saxlanılan şəxsin evinin axtarışı zamanı maddi sübut kimi
külli miqdarda silah və döyüş sursatı – AKS markalı avtomat, 16
daraq, müxtəlif kalibrli 939 güllə, 7 partladıcı kapsul, 9
partlayıcı naqilləri, 2 bağlama “amonal” və 6 bağlama “trotil”
müsadirə edib.
Odlu silahın, döyüş sursatının və partlayıcı qurğuların
qeyri-qanuni şəkildə əldə olunması faktı ilə bağlı Gürcüstan
Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü hissəsi ilə istintaq
aparılır”. – Daxili İşlər Nazirliyinin bəyanatında
qeyd edilib.