Bir neçə kəndə Novruz bayramı tədbirlərində iştirak etmək üçün nəqliyyat ayırıblar
Marneuli
bələdiyyəinin bir neçə kəndində 21 martda Novruz bayramı
tədbirlərində iştirak etmək üçün nəqliyyat pulsuz xidmət
göstərəcək.
Bu
haqda məlumatı bizə meriyanın balansında olan “Avtopark” MMC-nin
direktoru Qiqa Calağonia verdi.
Onun qeyd etdiyinə görə, həmin kəndlərin siyahısına Şulaveri,
Qaçağan, Şaumian, Serakvi, Algeti, Sadaxlı və Tamarisi, Qızılhacılı
daxildir.
“İndi bayıra çıxmışam və ola bilsin bir neçə kənd
yadımdan çıxıb, amma təxmini olaraq bunlardır” – Qiqa
Calağonia deyir.
Calağoniyanın sözlərinə görə əhaliyə nəqliyya ikitərəfli xidmət
göstərəcək. Nəqliyat kəndlərin mərkəzində dayanacaq və saat qrafiki
kəndlərin uzaqlığından dolayı fərdi olaraq müəyyən ediləcək.
Kəndlərdən çıxmaq vaxtı güman ki, saat 09:00-dur.
Sabah Rustaveli küçəsində Novruz bayramına həsr edilmiş tədbirlər
saat 11:00-dan başlayacaq.