Zurabişvili milli azlıqların inteqrasiyasından danışır, lakin onunla görüşdə heç bir milli azlıq nümayəndəsi yox idi – Əhməd İmamquliyev

Marneuli Bələdiyyə Məclisinin üzvü Əhməd İmamquliyev Gürcüstan prezidentinin Marneuliyə səfərinə münasibət bildirib.

“Avropalı Gürcüstan”ın üzvünün dediyinə görə, Zurabişvilinin səfəri zamanı görüşdə heç bir etnik Azərbaycanlı majoritar deputat iştirak etməyib, Kvemo Kartli qubernatorunun müavini Zaur Darğallı da görüşdə olmayıb.

“Orada Parlementin üzvü Mahir Dərziyev yoxdur. O, da həmin komandanın üzvüdür və eyni zamanda Marneulidəndir. Mənimçün bu çox narahatçılıq doğururdu, çünki xanım Zurabişvili milli azlıqların inteqrasiyası ilə bağlı danışırdı və Zurabişvili görüşdə məhz inteqrasiya və milli azlıqlarla bağlı danışarkən onların komandasında olan milli azlıq nümayəndələrini təəssüf ki, orada görmədik”, – İmamquliyev dedi və əlavə etdi ki, yuxarıda qeyd olunanlardan irəli gələrək, Zurabişvilinin inteqrasiya ilə bağlı danışmaq hüququ belə yoxdur.

“Marneuli” radiosu deputatların və Kvemo Kartli qubernatorunun müavininin görüşdə nə üçün iştirak etmədiklərini aydınlaşdırmağa çalışdı. Telefon zənglərimizə yalnız Mahir Dərziyev və Ruslan Hacıyev cavab verdi. Ruslan Hacıyev məşğul olduğunu bildirərək sualımıza cavab vermədi, Dərziyev isə ötən gün Parlamentin iclasında iştirak etdiyini və ümumiyyətlə belə görüşlərdə proporsional qayda ilə seçilmiş deputatların deyil, majoritar deputatların iştirak etməli olduğunu bildirdi.

Ötən gün, 19 mart tarixində Prezidentlə görüşdə Kvemo Kartli qubernatoru Şota Rexviaşvili, Marneuli meri səlahiyyətlərini icra edən Zaur Tabatadze və Marneuli BƏlədiyyə Məclisinin sədri Amiran Qiorqadze iştirak edirdilər.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები