Gürcüstanın Regional İnkişaf və İnfrstruktur
Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə,
Mtsxeta-Stepandzminda-Lars
avtomobil yolunun Qudauri-Kobi hissəsinin bir
sahəsində 93km-99km təmizəmə işlərinə başlanılıb.
Müəssisənin məlumatına görə uçqun olması təhlükəsinə görə təmizləmə
yolun ikinci hissəsində, 100km-104km hissəsində hələ ki, mümkün
olmur.
Yolun qalan hissəsində təmizləmə işləri uçqun olması təhlükəsi
rejimi götürülən kimi başlayacaq və avtomobilin hərəkəti qısa
müddətdə bərpa olunacaq.
Qudauri-Kobi hissəsində avtomobilin hərəkəti dünən səhər, fırtına
və yolun görünməməsi səbəbindən qadağan olunub.