Türkiyə mediasının məlumatına görə, hüquq
mühafizəçiləri Türkiyənin paytaxtı Ankarada oğurluq ittihamı ilə 4
nəfər Gürücstan vətəndaşını saxlayıb.
Türk
polislərinin bəyanatına görə, müttəhimlər Ankarada elit yaşayış
evlərinə girirlərmiş və bahalı əşyaları oğurlayırlarmış.
Yerli medianın yazdığına görə evlərdən birində oğruların yaxındakı
mağazadan aldğığı şirniyyat qalıb. Hüquq mühafizəçiləri məhz həmin
şirniyyatla izə düşüblər və həmin mağazanın nəzarət kameralarının
qeydinə baxıblar.
Polis saxlanılanların yaşayış evlərindən oğurladığı əşyaları aşkar
edib, onalar arasında saatlar, kompüterlər, qızıl əşyaları və pul
var.