Marneulidə mədəni irsin mühafizəsi günü qeyd olunub

Bu gün, 18 aprel tarixində Marneulidə mədəni irsin mühafizəsi günü qeyd olunub. Mədəniyyət evində sərgi keçirilib.

Sərgidə Marneulidə olan mədəni irsi abidələrin bir hissəsi təqdim olunub.

Bu günü Meriyanın Mədəniyyət Xidmətinin nümayəndəsi Elquca Kupatadze vacib dəyərləndirdi və iştirakçılara Marneulidə olan mədəni irsi abidələr haqqında danışdı.

“Mədəni irs bizim kimliyimizdir. Bizim əcdadlarımız mədəni irs, arxitektura abidələri və s. qoyublar. Bu isə sonradan bizim ölkəmizə miras olaraq qalıb və onu qorumaq lazımdır. Bunun üçün dövlət müvafiq müəssisə yaradıb və müəssisə bunların hamısını təmin edir. Yerli özünüidarədə də bu xidmət var” – Elquca Kupatadze deyir.

Bugünkü tədbirdə bələdiyyə gəncləri iştirak edirdi.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google